...

İlham Əliyev "tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında əsasnaməni təsdiq edib

Siyasət Materials 24 Fevral 2010 05:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tələbə qəbulu üzrə dövlət komissiyası haqqında əsasnamə”də dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
İlham Əliyev "tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında əsasnaməni təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev "tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının tələbə qəbulu üzrə dövlət komissiyası haqqında əsasnamə"də dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Təhsil sahəsində həyata keçirilən islahatların təhsilin keyfiyyətinə təsirinin təhlilinin, bu islahatların keçirilməsi üçün real vəziyyəti əks etdirən statistik araşdırmaların aparılmasının təmin edilməsi üçün vahid elektron məlumat sisteminin yaradılması zəruridir", - fərmanda deyilirş.

Bu sistemin yaradılmasının və ondan müvafiq dövlət orqanları və təhsil müəssisələri tərəfindən istifadənin təmin olunması, həmçinin sistemin təşkilati-hüquqi əsaslarının müəyyən edilməsi məqsədi ilə qərara alınıb ki, "tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə" təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Fərmanda tapşırılıb ki, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi üçün zəruri tədbirlər görsün; Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmasının və həmin təhsil müəssisələri tərəfindən məlumatların sistemə vaxtında, tam və düzgün daxil edilməsinin təmin olunması üçün müvafiq tədbirlər görsün; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 294; 2006-cı il, № 12, maddə 1047) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"nin 6.4-cü bəndi çıxarılsın.

Xəbər lenti

Xəbər lenti