...

Azərbaycan Prezidenti əvvəl imzalanmış fərmana əlavələr edib

Siyasət Materials 24 Fevral 2010 05:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "giriş-çıxış" və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanına əlavələr edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti əvvəl imzalanmış fərmana əlavələr edib

Azərbaycan Prezidenti İlham Əliyev "giriş-çıxış" və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanına əlavələr edilməsi barədə fərman imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 258, №12, maddə 1058; 2009-cu il, №2, maddə 75, №7, maddə 532, №8, maddə 618, №10, maddə 776) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilməsi tapşırılıb ki:

- aşağıdakı məzmunda 8.17-ci bənd əlavə edilsin:

"8.17. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi: təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq telefon (məftilli), sellülar (mobil), radiotrank və simsiz telefon xidmətləri göstərən rabitə müəssisələrinin (operatorlarının) abunəçiləri haqqında məlumatların Sistemə daxil edilməsi.";

- 9-cu bənddə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi," sözlərindən sonra "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi," sözləri əlavə edilsin.

Xəbər lenti

Xəbər lenti