...

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 24 Fevral 2010 20:21 (UTC +04:00)
"Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşündə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin indiki vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb", - çərşənbə günü Trend News-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

"Xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşündə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin indiki vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb", - çərşənbə günü Trend -a nazirliyin mətbuat xidmətindən bildirilib.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən nazir Məmmədyarov bu xüsusda "Şərq tərəfdaşlığı təşəbbüsü"nün əhəmiyyətini vurğulayıb. "Cənubi Qafqaz regionunda təhlükəsizlik, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan nazir münaqişənin nizamlanması üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənsitan silahlı qüvvələrinin çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının zəruriliyini bildirib", - məlumatda vurğulanır.

Semnebi Azərbaycan torpaqlarının işğalının davam etməsinin yolverilməz olduğunu qeyd edib və Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunacağına ümid etdiyini vurğulayıb. "Həmçinin, görüş zamanı tərəflər enerji və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar", - məlumatda qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti