...

YAP Avropa Xalq Partiyası ilə əməkdaşlığı genişləndirəcək – sədr müavini

Siyasət Materials 2 Mart 2010 12:21 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyası (AXP) ilə yüksək əlaqələr qurub və əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
YAP Avropa Xalq Partiyası ilə əməkdaşlığı genişləndirəcək – sədr müavini

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Avropa Xalq Partiyası (AXP) ilə yüksək əlaqələr qurub və əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

"Avropa Xalq Partiyasına Almaniyanın kansleri Angela Merkelin, Fransa Prezidenti Hikola Sarkozinin partiyaları, ümumilikdə isə 70-dən çox güclü partiyalar daxildir", - Trend -un məlumatına görə, çərşənbə axşamı Avropa Xalq Partiyasının sədri, Belçikanın keçmiş Baş naziri Vilfred Martensin "Avropa: mən mübarizə apardım, qalib gəldim" kitabının təqdimatında jurnalistlərə Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və buna nail olmağın vacib istiqamətlərindən biri də AXP ilə əməkdaşlıqdır. "Martensə gəldikdə, o, Avropanın bugünki münasibətlərinin formalaşmasında çox nüfuzlu insanlardan, Avropa Xalq Partiyasının qurucularından biridir. Partiya yaranandan ona rəhbərlik edir. On il ərzində Belçikanın Baş naziri işləyib. Bütövlükdə Avropa siyasətində böyük nüfuzu olan bir insandır", - icra katibi əlavə edib.

Onun fikrincə, Martensin Azərbaycana səfər etməsi ölkəmizə Avropa Xalq Partiyasının verdiyi önəmin təzahürüdür. "Məncə, bu, Azərbaycanın Avropaya inteqrasiyası prosesinə əhəmiyyətli töhfəsini verə biləcək. Martinsin yazdığı kitab isə bütövlükdə bu illər ərzində Avropanın yeni strukturunun formalaşması istiqamətində aparılan işlər və bu prosesdə onun iştirakı ilə bağlıdır", - Əhmədov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti