...

İnsan hüquqları üzrə Avropa Komissarının Azərbaycana səfərinin yekunlarına dair məruzə yazın sonlarında təqdim olunacaq

Siyasət Materials 5 Mart 2010 18:09 (UTC +04:00)
Avropa ölkələrinin hər birində insan hüquqları sahəsində müəyyən problemlər var və hakimiyyətlərin yaranmış problemləri açıq və konstruktiv həll etməyə səy göstərməsi vacibdir.
İnsan hüquqları üzrə Avropa Komissarının Azərbaycana səfərinin yekunlarına dair məruzə yazın sonlarında təqdim olunacaq

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir Y.Ostapenko/

Avropa ölkələrinin hər birində insan hüquqları sahəsində müəyyən problemlər var və hakimiyyətlərin yaranmış problemləri açıq və konstruktiv həll etməyə səy göstərməsi vacibdir. Bunu bu gün Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq martın 1-5-də regiona səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Hammerberqin Bakıya səfəri zamanı müzakirə olunan əsas məsələlər söz azadılığı, qeyri-hökumət təşkilatlarının vəziyyəti, qanun icraçıları tərəfindən insan hüquqlarına hörmətlə yanaşılması, həmçinin ədalət mühakiməsi sistemində idarəetmə olub. Bu, Hammerberqin mandatı ərzində ikinci səfəridir.

Hammerberq beşgünlük səfəri zamanı AzərbaycanPprezidenti, daxili işlər və ədliyyə nazirləri, xarici işlər nazirinin müavini, baş prokuror və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə görüşüb. Həmçinin ombudsman və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər gözlənilir.

Komissar ilk dəfə Naxçıvan Muxtar Respublikasında olub, orada rəsmi şəxslərlə görüşlər keçirib.

"Bu səfər Naxçıvan rəhbərliyi ilə insan hüquqları məsələləri üzrə dialoqa başlamaq imkanları yaradıb", - Hammerberq bildirib. O ümidvar olduğunu bildirib ki, bu dialoq gələcəkdə də davam etdiriləcək.

Komissar vətəndaşın razılığı olmadan onun fotosunu çəkmək və dərc etdirmək hüququnun olmadığını nəzərdə tutan qanun layihəsi ilə bağlı bəzi narahatlığını bildirib.

Hammerberqin sözlərinə görə, bu qanunun düzgün şərh edilməməsi və onun jurnalistlərin gündəlik işində maneəyə çevrilməsi riski var. Onun fikrincə, bu məsələdə gələcək müzakirələr vacibdir.

Komissar səfər zamanı həbsxanada olub, məhkum olunmuş jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayevlə, həmçinin gənc fəallar Emin Milli və Adnan Hacızadə ilə görüşüb.

Ədliyyə naziri ilə görüşündə Hammerberq qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında məsələ qaldırıb və qeydiyyata dair xahişlərin prosedura uyğun aparılması barədə razılığa gəlinib.

Hammerberqin sözlərinə görə, səfər zamanı xeyli maraqlı məlumat əldə olunub ki, həmin məlumatlar əlavə olaraq öyrənilməli və araşdırılmalıdır. Komissarın komandası səfərin yekunları ilə bağlı məruzə hazırlayacaq. Sənədin yazın sonlarında təqdim olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti