...

Bakıda son iki ayda qeydə alınan yol qəzalarının sayı artıb - BŞYPİ

Siyasət Materials 11 Mart 2010 12:41 (UTC +04:00)
Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmşid Hənifəyev Trend News-a bildirib ki, cari ilin ilk ayında Bakıda 162 yol qəzası baş verib.
Bakıda son iki ayda qeydə alınan yol qəzalarının sayı artıb - BŞYPİ

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda son iki ayda qeydə alınan yol qəzalarının sayı artıb.

Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəmşid Hənifəyev Trend -a bildirib ki, cari ilin ilk iki ayında Bakıda 162 yol qəzası baş verib. Bu isə ötən ilin müavafiq dövrü ilə müqayisədə 15 qəza çoxdur. Qəzalar zamanı 50 nəfər dünyasını dəyişib, 158 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ötən ilin müvafiq dövründə isə qəzalarda 44 nəfər ölüb, 131 nəfər xəsarət alıb.

Bu ilin ilk iki ayında qeydə alınan yol qəzalarının 87-si piyadavurmalar olub. Hesabat dövründə 32 piyada həlak olub, 65-i yaralanıb.

Qəzalrın 52-si toqquşma, 14-ü maneəvurma, 4-ü aşma olub.

Xəbər lenti

Xəbər lenti