...

Ötən il Azərbaycanda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı 47 cinayət işi başlanıb

Siyasət Materials 11 Mart 2010 13:16 (UTC +04:00)
Azərbaycanda ötən il dəmiryol qatarlarına, vağzallara, metrostansiyalara və digər obyektlərə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı 47 cinayət işi başlanıb.
Ötən il Azərbaycanda partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı 47 cinayət işi başlanıb

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il dəmiryol qatarlarına, vağzallara, metrostansiyalara və digər obyektlərə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı 47 cinayət işi başlanıb.

Trend -un məlumatına görə, bu barədə hökumətin Milli Məclisə ötən ilin yekunları ilə bağlı hazırladığı hesabatda məlumat verilib.

Başlanmış cinayət işindən 12-nin istintaqı tamamlanaraq 28 şəxs məsuliyyətə cəlb edilib, 12-si istintaq aidiyyatı üzrə göndərilib. 23 işin istintaqı isə davam etdirilir.

Daxili İşlər Nazirliyinin "102" xidmətinə hesabat dövründə 2413 cinayət xarakterli məlumat daxil olub. Həmin məlumatlar əsasında 125 cinayət işi başlanıb. Habelə məişət zəminində baş vermiş 1623 hüquq pozuntusunun qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti