...

Azərbaycanda ötən il kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 16 hərbi qulluqçu və 9 mülki şəxs barəsində cinayət işi başlanılıb

Siyasət Materials 11 Mart 2010 13:44 (UTC +04:00)
Azərbaycanda ötən il kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 16 hərbi qulluqçu və 9 mülki şəxs barəsində cinayət işi başlanılıb.
Azərbaycanda ötən il kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 16 hərbi qulluqçu və 9 mülki şəxs barəsində cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 16 hərbi qulluqçu və 9 mülki şəxs barəsində cinayət işi başlanılıb.

Trend -un məlumatına görə, bu barədə Milli Məclisə ötən ilin yekunları ilə bağlı hazırladığı hesabatda məlumat verilib.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, casusluq və terrorçuluq maddələri ilə başlanmış cinayət işləri üzrə 11 hərbi qulluqçu və 6 mülki şəxs məhkəmənin hökmü ilə cəzalandırılıb. 4 hərbçi və 2 mülki şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işinin istintaqı davam etdirilir.

Hərbi xidmətdə olarkən törədilmiş müxtəlif cinayətlərə görə, 17 hərbi qulluqçu məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. 5 hərbi qulluqçu barəsində məhkəmə, 8 hərbi qulluqçu barəsində istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti