...

Azərbaycanın Daxili Qoşunları dövlət və dövlətçilik naminə böyük işlər görüb – general-leytenant Zakir Həsənov

Siyasət Materials 12 Mart 2010 11:29 (UTC +04:00)
Azərbaycanın Daxili Qoşunları dövlət və dövlətçilik naminə böyük işlər görüb, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Daxili Qoşunların xidməti döyüş fəaliyyətinə yüksək qiymət verir - cümə günü Trend News-a Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.
Azərbaycanın Daxili Qoşunları dövlət və dövlətçilik naminə böyük işlər görüb – general-leytenant Zakir Həsənov

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Daxili Qoşunları dövlət və dövlətçilik naminə böyük işlər görüb, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevDaxili Qoşunların xidməti döyüş fəaliyyətinə yüksək qiymət verir - cümə günü Trend -a Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.

"Daxili Qoşunların yüksək döyüş hazırlığı və yüksək nizam-intizamı var",  - Həsənov deyib.

Onun fikrincə, Daxili Qoşunların formalaşmasında Türkiyənin Jandarm Komandanlığının böyük rolu olub.

"1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə Daxili Qoşunlarla Türkiyənin Jandarm Komandanlığı arasında birgə protokol imzalanıb və buna uyğun olaraq böyük işlər görülüb. Daxili Qoşunların xidməti döyüş fəaliyyətinin yüksək səviyyədə olmasında Türkiyə Jandarm Komandanlığının böyük əməyi var", - Həsənov əlavə edib.

Daxili Qoşunların komandanı deyib ki, Türkiyə Jandarm Komandanlığı zabitlərin təlim və təhsilində, xidməti döyüş fəaliyyətinin təkmilləşməsində çox köməklik edir.

Martın 12-si Azərbaycanda Daxili Qoşunların yaranma günü kimi qeyd edilir. Bu gün DQ-nin rəhbərliyi, şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, Daxili Qoşunların hissələrində ildönümü münasibətilə tədbirlər keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti