...

Türkmənistan martın sonunda Qaraqumdakı ekoloji vəziyyətə dair konfrans keçirəcək

Siyasət Materials 12 Mart 2010 18:58 (UTC +04:00)
Xəzəryanı şəhər Türkmənbaşıda 2010-cu il martın 24-25-də "Regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasında Türkmənistanın Altın asır gölünün əhəmiyyəti" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.
Türkmənistan martın sonunda Qaraqumdakı ekoloji vəziyyətə dair konfrans keçirəcək

Türkmənistan, Aşqabad, 12 mart / Trend , müxbir H.Həsənov/

Xəzəryanı şəhər Türkmənbaşıda 2010-cu il martın 24-25-də "Regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasında Türkmənistanın Altın asır gölünün əhəmiyyəti" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.

Qaraqum səhrasında drenaj sularının ötürülməsi məqsədi ilə iri süni göl tikilir. Layihəyə əsasən, təmizlənmədən sonra su resursları xam massivin mənimsənilməsi zamanı istifadə edilə bilər.

Müvafiq təşkilatçı komissiyanın tərkibi təsdiqlənib.

Təşkilata Təbiətin Mühafizəsi Nazirliyi, Su Təsərrüfatı Nazirliyi və Türkmənistan Elmlər Akademiyası cəlb edilib.

Prezident Qurbanqulu Berdiməhəmmədovun müvafiq qərarına əsasən, tədbir beynəlxalq cəmiyyəti dünyada iri süni hidrotexniki tikintilərdən biri olan bu gölün əhəmiyyəti ilə tanış etmək məqsədi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti