...

GUAM-ın baş katibi əmindir ki, onun təşkilatını parçalanmaq təhlükəsi gözləmir

Siyasət Materials 12 Mart 2010 15:32 (UTC +04:00)
GUAM-ın baş katibi Valeri Çeçelaşvili inanır ki, bu təşkilatın parçalanma təhlükəsi yoxdur və onun gələcəyi var. Bu gün Tbilisidə jurnalistlərlə söhbətində o bildirib ki, GUAM konkret layihələri canlandırmalıdır.
GUAM-ın baş katibi əmindir ki, onun təşkilatını parçalanmaq təhlükəsi gözləmir

Gürcüstan, Tbilisi, 12 mart / Trend , müxbir N.Kirsxaliya/

GUAM-ın baş katibi Valeri Çeçelaşvili inanır ki, bu təşkilatın parçalanma təhlükəsi yoxdur və onun gələcəyi var. Bu gün Tbilisidə jurnalistlərlə söhbətində o bildirib ki, GUAM konkret layihələri canlandırmalıdır.

"Biz təşkilat çərçivəsində mövcud səkkiz qrup tərəfindən layihələrin uğurla həyata keçirilməsi ilə öyünə bilmərik. Odur ki, təşkilatın malik olduğu bütün potensialdan istifadə etmək lazımdır", - Çeçelaşvili vurğulayıb.

Qeyd etmək lazımdır ki, GUAM-ın mümkün parçalanması barədə söz-söhbətlər Viktor Yanukoviçin Ukrayna Prezidenti seçilməsindən sonra başlayıb.

"Biz ümid edirik, Ukraynanın yeni hökuməti təşkilatın digər ölkələrini fəal dəstəkləyəcək", - Çeçelaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti