...

Bakıda yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərin sayı azalıb - BŞBPİ

Siyasət Materials 12 Mart 2010 15:22 (UTC +04:00)
Bakıda bu il yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərin sayı 72 fakt azalıb. Trend News-un məlumatına görə, bu barədə cümə günü keçirilən mətbuat konfransında Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Mehdiyev məlumat verib.
Bakıda yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərin sayı azalıb - BŞBPİ

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda bu il yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlərin sayı 72 fakt azalıb. Trend -un məlumatına görə, bu barədə cümə günü keçirilən mətbuat konfransında Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Mehdiyev məlumat verib.

"Yetkinlik yaşına çatmayanlar ağır cinayətlərdə iştirak etmirlər. Onlar, əsasən, xırda oğurluq və xuliqanlıq kimi cinayətlərə meyillidirlər", - Mehdiyev əlavə edib.

Şöbə rəisi deyib ki, cinayətkar dəstələr tərəfindən yetkinlik yaşına çatmayanların cinayətə təhrik edilmələri faktlarına nadir hallarda rast gəlinir.

İdarə rəisi bildirib ki, yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai binalar və əhalinin sıx olduğu ərazilərdə partlayıcı maddələrin qoyulması ilə bağlı verilən yalan məlumatların sayı 17 fakt azalıb.

"Bu, Bakı şəhərindəki orta, texniki-peşə və ali məktəblərdə aparılan maarifləndirmə işləri nəticəsində mümkün olub. Sözügedən məsələdə problem ondan ibarətdir ki, azyaşlı uşaqlar belə əməlin cinayət əməli olmasını bilmirlər", - Mehdiyev vurğulayıb.

Azərbaycanda ötən il dəmiryol qatarlarına, vağzallara, metrostansiyalara və digər obyektlərə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı 47 cinayət işi başlanılıb.

Başlanmış cinayət işindən 12-nin istintaqı tamamlanaraq 28 şəxs məsuliyyətə cəlb edilib, 12-si istintaq aidiyyəti üzrə göndərilib, 23 işin istintaqı isə davam etdirilir.

Xəbər lenti

Xəbər lenti