...

Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib

Siyasət Materials 15 Mart 2010 13:08 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri  Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 15 mart / Trend /

Türkiyənin Azərbaycanadkı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib. Bu haqda Türkiyə Səfirliyindən Trend -a daxil olan məlumatda bildirilir.

Hulusi Kılıç üçüncü Novruz Bayramını Azərbaycanda qeyd etməkdən böyük xoşbəxtlik və sevinc hissi keçirdiyini bildirib.

Səfir, Azərbaycanda və ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizə və bütün Türk Dünyasına bayram münasibətilə yeni uğurlar, sülh, əmin-amanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti