...

İran gömrükçüləri Azərbaycana külli miqdarda qaçaqmal keçirən şəxsi yaxalayıb

Siyasət Materials 15 Mart 2010 14:12 (UTC +04:00)
İran gömrükçüləri Azərbaycana külli miqdarda qaçaqmal keçirən şəxsi yaxalayıb.
İran gömrükçüləri Azərbaycana külli miqdarda qaçaqmal keçirən şəxsi yaxalayıb

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir T.Cəfərov/

İran gömrükçüləri Azərbaycana külli miqdarda qaçaqmal keçirən şəxsi yaxalayıb.

İranın Gömrük İdarəsinin mətbuat xidmətinin rəisi Məhəmməd Behbud Ahəni bildirib ki, qaçaqmalçılıqla məşğul olan şəxs saxlanılıb. Onun sözlərinə görə, həmin şəxs Astara gömrük məntəqəsindən şüşə qablar adı ilə büllur qabları Azərbaycana keçirmək istəyərkən həbs olunub və onun malı müsadirə edilib. Trend bu barədə İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Ahəni əlavə edib ki, müsadirə olunmuş malın ümumi dəyəri 1 milyon 400 min dollar təşkil edir.

Onun sözlərinə görə, həbs olunmuş şəxs bundan öncə də bir neçə dəfə gömrükdə malın dəyərini azaltdığı üçün saxlanılıb.

Xəbər lenti

Xəbər lenti