...

İranın daxili işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 15 Mart 2010 16:22 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar aprelin sonu, mayın əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə MEHR agentliyi İranın DİN rəhbəri müavini Mehdi Məhəmmədifərrə istinadən məlumat verir.
İranın daxili işlər naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir T.Cəfərov/

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar aprelin sonu, mayın əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə MEHR agentliyi İranın DİN rəhbəri müavini Mehdi Məhəmmədifərrə istinadən məlumat verir.

Onun sözlərinə görə, səfər zamanı naziri İranın dörd əyalətinin rəhbəri və hökumətin rəsmi şəxsləri müşayiət edəcək.

Səfərin məqsədi iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.

"İran daxili işlər nazirinin planlarında qonşu ölkələrlə təhlükəsizlik məsələlərində əməkdaşlıq üzrə sənədlərin imzalanması dayanır. Bəzi ölkələrlə isə oxşar sənədlər artıq imzalanıb", - Məhəmmədifərr bildirib.

Xəbər lenti

Xəbər lenti