...

Azərbaycan Yol Polisi sürücülərə xəbərdarlıq edir

Siyasət Materials 15 Mart 2010 14:33 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend News-a bildirib ki, Novruz Bayramı ilə əlaqədar qeyri-iş günlərində BDYPİ nəqliyyat vasitələrinin sürətlə idarə olunması, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin sərxoş halda idarə olunması, yerli-yersiz səs siqnallarından istifadə və digər qayda pozuntularının aşkar olnamsı məqsədilə Bakıda və respublika əhəmiyyətli yollarda reydlər keçirəcək.
Azərbaycan Yol Polisi sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Yol Polisi bayram günləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend -a bildirib ki, Novruz Bayramı ilə əlaqədar qeyri-iş günlərində BDYPİ nəqliyyat vasitələrinin sürətlə idarə olunması, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin sərxoş halda idarə olunması, yerli-yersiz səs siqnallarından istifadə və digər qayda pozuntularının aşkar olnamsı məqsədilə Bakıda və respublika əhəmiyyətli yollarda reydlər keçirəcək.

BDYPİ sürücülərdən yol-hərəkət qaydalarına riayət olunmasını xahiş edir.

"Qaydalara riayət olunması sürücülərlə bərabər, onların sərnişinlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi deməkdir", - deyə şöbə rəisi vurğulayıb.

Nazirlər Kabinetinin qərarı ilə 20-24 mart rəsmi olaraq Azərbaycanda bayram günü elan edilib.

Bununla əlaqədar olaraq 20-27 mart ölkədə qeyri-iş günü elan olunub.

Xəbər lenti

Xəbər lenti