...

Rusiya polisi beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını Gəncədə yaxaladı

Siyasət Materials 15 Mart 2010 15:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Səməd Qasımov Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva şəhər Daxili İşlər İdarəsi tərəfindən saxlanılıb.
Rusiya polisi beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını Gəncədə yaxaladı

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Rusiyada cinayət törətmiş və beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gəncədə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Səməd Qasımov Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva şəhər Daxili İşlər İdarəsi tərəfindən saxlanılıb.

O, Rusiyanın Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə (318) maddəsi ilə axtarışda olub.

Xəbər lenti

Xəbər lenti