...

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın olub

Siyasət Materials 16 Mart 2010 13:26 (UTC +04:00)
Hadisə zamanı binada olan 45 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.
Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın olub

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə axşamı yaydığı məlumata görə, Abşeron rayonu Xırdalan şəhərində ümumi sahəsi 2000 kv.m olan birmərtəbəli ət kombinatının inzibati binasında məskunlaşmış ayrı-ayrı məcburi köçkünlərə məxsus, ümumi sahəsi 40 kv.m olan  ikiotaqlı, ümumi sahəsi 35 kv.m olan ikiotaqlı, ümumi sahəsi 40 kv.m olan ikiotaqlı və ümumi sahəsi 35 kv.m olan ikiotaqlı evin (ümumilikdə 150 kv.m) konstruksiyaları yanıb.

Hadisə zamanı binada olan 45 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Xəbər lenti

Xəbər lenti