...

İrandan Azərbaycana qaçaqmal yolu ilə psixotrop maddələr gətirən şəxslər tutulub

Siyasət Materials 17 Mart 2010 13:15 (UTC +04:00)
Faktla əlaqədar İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206) və qanunsuz olaraq narkotik maddələri daşıma (234) maddələri ilə cinayət işi başlanıb.
İrandan Azərbaycana qaçaqmal yolu ilə psixotrop maddələr gətirən şəxslər tutulub

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

İrandan Azərbaycana qaçaqmal yolu ilə psixotrop maddələr gətirən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Marsa Səmədzadə və Kürdəmir rayon sakini Sadiq Abbasov İrandan "Avrasiya Karqo" şirkəti vasitəsilə Azərbaycan Respublikasına 54 min 600 həb "Diozepam", "Penobarbital" və sair psixotrop dərman preparatlarını gətirərkən saxlanılıblar.

Faktla əlaqədar İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206) və qanunsuz olaraq narkotik maddələri daşıma (234) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti