...

Gürcüstan Azərbaycanlıları Konqresinin Gənclər Forumu Gürcüstandakı gənc azərbaycanlıların birləşməsini qarşısına məqsəd qoyur

Siyasət Materials 18 Mart 2010 12:42 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresinin Gənclər Forumu Gürcüstandakı gənc azərbaycanlıların birləşməsini və onların ölkə cəmiyyətinə inteqrasiyasını qarşısına məqsəd qoyur. Bunu Trend News-a Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev deyib.
Gürcüstan Azərbaycanlıları Konqresinin Gənclər Forumu  Gürcüstandakı gənc azərbaycanlıların birləşməsini qarşısına məqsəd qoyur

Gürcüstan, Tbilisi, 18 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycanlıları Konqresinin Gənclər Forumu Gürcüstandakı gənc azərbaycanlıların birləşməsini və onların ölkə cəmiyyətinə inteqrasiyasını qarşısına məqsəd qoyur. Bunu Trend -a Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev deyib.

Dünən Tbilisidəki Kino evində Gürcüstan Azərbaycanlıları Konqresi Gənclər Forumunun "Gürcüstan bizim vətənimizdir" adlı təsis qurultayı keçirilib.

Babayev mövcud çoxsaylı problemlərin aradan qaldırılması baxımından gənclər strukturunun yaradılmasının vacibliyini qeyd edib.

Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov qurultay iştirakçıları qarşısında çıxış edib. Onun sözlərinə görə, Gürcüstanda 40-dan çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Azərbaycanlılarıdan ibarət  bu təşkilatların yarısı gənclər təşkilatlarıdır.

Çıxış edən Gənclər Forumunun nümayəndələri problemlər barədə danışıblar.

Qurultayda Gürcüstanın Reinteqrasiya Nazirliyinin nümayəndələri, alimlər və ictimai xadimlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti