...

Gürcüstan Cənubi Osetiya və Abxaziyaya dair dövlət strategiyasını ATƏT-ə təqdim edəcək

Siyasət Materials 19 Mart 2010 10:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili cümə günü səhər Vyanada Cənubi Osetiyaya və Abxaziyaya dair Gürcüstanın dövlət strategiyasını ATƏT-in mənzil-qərargahına təqdim edəcək.

"Biz Aİ, ABŞ, BMT-nin sınağından müvəffəqiyyətlə keçən strategiyamızın təqdimatını keçirəcəyik", - Yakobaşvili bildirib.

O qeyd edib ki, münaqişənin həll edilməsi üçün bu sənədi yaxşı dayaq hesab edən elmi akademik dairələrin nümayəndələri və siyasətçilər strategiyanı qəbul edir.

Xəbər lenti

Xəbər lenti