...

Azərbaycan Prezidenti Sinqapurun xarici işlər nazirini qəbul edib

Siyasət Materials 19 Mart 2010 15:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Sinqapurun xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Sinqapur arasında münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı marağın və yaxşı potensialın olduğunu vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın perspektivlərini müzakirə etmək üçün Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun Azərbaycana səfərinin yaxşı imkan yaratdığını qeyd edib və əminliklə bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdirilməsi işinə xidmət edəcək.

Azərbaycana səfər edən ilk sinqapurlu nazir olduğunu deyən Corc Yonq-Bun Yeo ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Sinqapur Prezidenti Sellapan Rama Natananın Azərbaycan Prezidenti İlham Əliyevi Sinqapura dövlət səfərinə dəvət edən rəsmi məktubunu dövlətimizin başçısına təqdim edib.

Xəbər lenti

Xəbər lenti