...

Gürcüstan XİN Azərbaycana silah qaçaqmalçılığı faktlarını "ətraflı araşdırmaq" niyyətindədir

Siyasət Materials 30 Mart 2010 14:47 (UTC +04:00)
Gürcüstan xarici işlər naziri Gürcüstandan silah əldə edən terrorçu qrupun tutulmasi barədə məlumat ilə əlaqədar olaraq azərbaycanlı həmkarlarına müraciət etmək niyyətindədir. Bu barədə Gürcüstanın XİN rəhbəri Qriqol Vaşadze bu gün brifinqdə bildirib.
Gürcüstan XİN Azərbaycana silah qaçaqmalçılığı faktlarını "ətraflı araşdırmaq" niyyətindədir

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan xarici işlər naziri Gürcüstandan silah əldə edən terrorçu qrupun tutulmasi barədə məlumat ilə əlaqədar olaraq azərbaycanlı həmkarlarına müraciət etmək niyyətindədir. Bu barədə Gürcüstanın XİN rəhbəri Qriqol Vaşadze bu gün brifinqdə bildirib.

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi cari ilin mart ayının 16-da Bakıda terror aktı planlaşdırmaqda ittiham olunan səkkiz nəfərin tutulması barədə elan verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstədən "Berett 92", "Makarov", "Steçkin" markalı tapançalar və onlar üçün külli miqdarda patronlar, 24 ədəd trotil şaşkası aşkar olunub. Həmçinin, "GSM" və peyk kanalları ilə işləyən radiotelefon və hərbi təyinatlı elektrodetonator üçün 10 ədəd şnurlu kapsul-detonator, "İC-R20" markalı rabitə dəsti, skanerli qəbuledici və özünəməxsus 6 qramdan artıq narkotik vasitə olan heroin aşkarlanıb. KİV-in məlumatına görə, terror qrupu Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları Azərbaycana gətirib. Həmin hərbi sursatlar əhalinin sıx olduğu ərazilərdə terror aktı törətmək üçün nəzərdə tutulmuşdur.

"Həmin məsələ üzrə biz tam məlumatlıyıq və Gürcüstan DİN ilə əlaqəli şəkildə işləyirik, yaxın zamanlarda azərbaycanlı həmkarlarımız ilə əlaqə saxlayacağıq", - Vaşadze deyib.

O vurğulayıb ki, Tbilisi həmin faktı "ətraflı araşdırmaq" niyyətindədir. "Gürcüstan ərazisindən silah tədarükü barədə məlumatı Rusiya KİV yayır və buna çox ehtiyatla yanaşmaq lazımdır",  - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti