...

Azərbaycanda gənclərin beynəlxalq ekologiya konfransı keçiriləcək

Siyasət Materials 7 Aprel 2010 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi sentyabrda Bakıda gənclərin beynəlxalq ekologiya konfransını təşkil edəcək. Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, konfrans 2010-cu ilin Azərbaycanda "Ekologiya İli" elan edilməsi ilə əlaqədar olaraq keçiriləcək.

"Konfrans çərçivəsində tələbə və yeniyetmələr arasında ekologiya mövzusunda esse, foto və rəsm müsabiqələrinə yekun vurulması planlaşdırılıb", - Babayev deyib.

Xəbər lenti

Xəbər lenti