...

Azərbaycanın sabiq deputatı siyasi partiyaya üzv qəbul edilib

Siyasət Materials 8 Aprel 2010 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bu gün keçirilən Siyasi Şurasının iclasında keçmiş deputat Yusif Bağırzadə partiyaya üzv qəbul edilib. Bu barədə cümə axşamı Trend-ə partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

İclasda partiyanın qurultayına hazırlıq məsələləri müzakirə edilib və rayon təşkilatlarının konfranslarının keçirilməsi ilə bağlı qrafik müəyyən olunub. Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə edən AMİP Siyasi Şurası bununla bağlı bəyanat qəbul edib.

Keçmiş millət vəkili, Azərbaycan Demokrat Partiyasının keçmiş üzvü Yusif Bağırzadə öz müraciəti əsasında AMİP üzvlüyünə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti