Azərbaycan Prezidenti Cəlilabadda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Siyasət Materials 30 Aprel 2010 22:11 (UTC +04:00)
Prezident İlham Əliyev Cəlilabad rayonunda olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Cəlilabadda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Cəlilabad rayonunda olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkənin bütün regionları kimi, Cəlilabad rayonu da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.
Cəlilabadda əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün də ardıcıl tədbirlər görülür. Yaşayış məntəqələrinin su, qaz, elektrik enerjisi ilə tam təchizatı üçün əməli işlər görülür. Ötən il rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, əsas kapitala qoyulan investisiyalar 6,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,2 dəfə artmışdır. Hazırda rayonda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam edir. Yeni park və xiyabanlar salınır, yollar çəkilir, kənd yolları abadlaşdırılır, məktəblər tikilir. 2003-2009-cu illərdə rayonda 12 min 800-ü daimi olmaqla, 22 min 480 yeni iş yeri yaradılmışdır.

Dövlətimizin başçısının tapşırığına əsasən, rayonda ümumi tutumu 22 min ton olan 8 taxıl anbarının, hər biri 2 min tonluq 2 soyuducu kameranın, tərəzi qurğusunun və bir çox digər obyektlərin tikintisinə başlanmışdır.

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Xəbər lenti

Xəbər lenti