...

Prezident Ilham Əliyev "Cəlilabad Şərab-2" ASC-nin açılışında iştirak edib

Siyasət Materials 30 Aprel 2010 23:10 (UTC +04:00)
Prezident İlham Əliyev “Cəlilabad Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident Ilham Əliyev "Cəlilabad Şərab-2" ASC-nin açılışında iştirak edib

Prezident İlham Əliyev "Cəlilabad Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, şərab zavodunda məhsul istehsalı ən müasir texnologiyalar əsasında aparılır. Keçmiş üzüm istehsalı və emalı müəssisəsinin ilkin emal zavodunun bazasında yaradılan müəssisə 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmişdir. Müsabiqənin qalibi olan "Cəlilabad Vayn Kompani" MMC müəssisəni ən müasir standartlara uyğun quraraq, köhnə texnologiyaları yenisi ilə əvəzləmişdir.

Burada yeni istehsal sahələri yaradılmışdır.

Bildirildi ki, şərab zavodunun istehsal sahəsinin ərazisi 7,4 hektardır. MMC-nin 300 hektara qədər bar verən üzüm bağları vardır. Zavodun istehsal gücü üzüm qəbulu və emalı üzrə ildə 8 min ton, şərab və şərab məhsulları üzrə 560 min dekalitr, konyak spirti istehsalı üzrə gündə 800 dekalitr, şərabın qablaşdırılması üzrə saatda 3 min 500, tünd içkilərin qablaşdırılması üzrə isə 1500-1800 butulkadır. Müəssisənin bar verən üzüm bağlarında şardane, merlo, kaberne avinyon, sirax kimi Fransa üzüm sortları yetişdirilir. Bağlarda hər il təqribən 4 min 350 ton üzüm istehsal olunur. Üzümün qəbulu, emalı və şərabın istehsalı sexi Fransadan gətirilmiş avadanlıqla təchiz edilmişdir. Konyak spirtinin istehsalı sexində isə İtaliya avadanlığı quraşdırılmışdır. Bundan əlavə, müəssisədə konyak spirtinin və şərabın kondisiyaya çatdırılma, kupaj edilməsi (qarışdırılması), süzmə sexləri və hazır məhsul anbarı vardır.
Zavodun emal və üzüm yetişdirilməsi sahələrində ümumilikdə 504 nəfər çalışır. İşçilərin orta aylıq əmək haqqı 300-500 manatdır.

Xəbər lenti

Xəbər lenti