...

İranın daxili işlər nazirinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 3 May 2010 11:02 (UTC +04:00)
İranın daxili işlər nazirinin Azərbaycana səfəri başlayıb
İranın daxili işlər nazirinin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 3 may /Trend , müxbir T.Cəfərov/

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın Azərbaycana rəsmi səfəri başlayıb. Nəccarı bu gün səhər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın daxili işlər naziri Ramil Usubov qarşılayıb. Bu barədə İranın Azərbaycandakı Səfirliyinin mətbuat xidməti Trend-ə açıqlama verib.

Nəccar hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, İran və Azərbaycan müştərək tarix və mədəniyyətə malikdir və iki ölkənin iqtisadi, ticari, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıqları bu müştərəkliyə qayıdır.

Azərbaycan İran üçün dost və qardaş ölkə kimi çox böyük əhəmiyyət kəsb edir və hər iki ölkə rəhbərləri ikitərəfli əlaqələrin inkişafını istəyir.

Xəbər lenti

Xəbər lenti