...

Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanı Mahmud Məmmədquliyev təmsil edəcək

Siyasət Materials 7 May 2010 11:22 (UTC +04:00)
Azərbaycanı Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanı Mahmud Məmmədquliyev təmsil edəcək

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanı Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

Mayın 11-də Strasburqda Avropa Şurasına üzv olan ölkələrin XİN rəhbərlərinin iclası keçiriləcək. İsveçin xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) fəaliyyətdə olan sədri Mişlin Kalmi-Reyhin rəhbərliyi altında keçiriləcək görüşdə əsas diqqətin Avropa İnsan Haqları Məhkəməsinin gələcəyinə və İnterlaken konfransının nəticələrinə, AŞ-nin rol və məsuliyyətinə, AŞ-nin Gürcüstandakı vəziyyətlə bağlı fəaliyyətinə, AŞ-nin apardığı islahatlara ayrılacağı gözlənilir.

İclasın yekunları üzrə son yarım ildə AŞ Nazirlər Komitəsinə sədrlik Makedoniyay veriləcək.

Xəbər lenti

Xəbər lenti