...

Türkmənistan Prezidenti Qələbə Günü münasibətilə əfv fərmanı imzalayıb

Siyasət Materials 7 May 2010 16:36 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 9 May - faşizm üzərində qələbə münasibətilə azadlıqdan məhrum edilimiş insanların əfv olunması haqqında fərman imzalayıb.
Türkmənistan Prezidenti Qələbə Günü münasibətilə əfv fərmanı imzalayıb

Türkmənistan, Аşqabad, 7 may /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 9 May - faşizm üzərində qələbə münasibətilə azadlıqdan məhrum edilimiş insanların əfv olunması haqqında fərman imzalayıb. Bu barədə Türkmənistan hökumətinin mətbuat xidməti məlumat verir.

Sərəncamı imzalamaqla Berdiməhəmmədov Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinə "məhbusların vaxtında öz evlərinə qayıtması və böyük bayramı öz doğmalarının yanında qarşılamasına nəzarəti təmin etmək" barədə tapşırıq verib.

Əyalət və rayon rəhbərliyinə bu vətəndaşların öz növbəsində işlə təmin olunması üçün müvafiq tədbirlər görmək həvalə olunub.

Türkmənistanda amnistiya aktı, adətən, yaddaqalan tarixdə - Bayraq günü, Müstəqillik günü və s. kimi əlamətdar tarixlərdə tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti