...

Venesiya Komissiyasının yubileyi Venesiyada yüksək səviyyədə keçiriləcək

Siyasət Materials 14 May 2010 16:40 (UTC +04:00)
İtaliyanın Venesiya şəhərində Avropa Şurasının Venesiya komissiyasının 20 illiyi ilə bağlı təntənəli mərasim keçiriləcək.
Venesiya Komissiyasının yubileyi Venesiyada yüksək səviyyədə keçiriləcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Qasımova/

İtaliyanın Venesiya şəhərində Avropa Şurasının Venesiya komissiyasının 20 illiyi ilə bağlı təntənəli mərasim keçiriləcək. Bu barədə komissiyanın məlumatında deyilir.

Tədbirdə İtaliya Prezidenti Corcio Napolitanonun və bəzi dövlət başçılarının çıxışı gözlənilir.

Eləcə də mərasimdə İtaliyanın vəzifəli şəxsləri, AŞ PA prezidenti Mövlud Çavuşoğlu, genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle, Avropa Şurasının baş katibi Torbyorn Yaqland, ATƏT sədri Kanat Saudabayev, Venesiya Komissiyasının prezidenti Canni Bukikkio iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti