...

Azərbaycanın Gürcüstandakı səfiri gürcü gənclərini fəal şəkildə Bakıya gəlməyə çağırıb

Siyasət Materials 19 May 2010 20:38 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin sözlərinə görə, iki ölkə arasında mövcud olan münasibətlərin dərinləşdirilməsi daha yaxşı gələcəyə zəmanətdir.
Azərbaycanın Gürcüstandakı səfiri gürcü gənclərini fəal şəkildə Bakıya gəlməyə çağırıb

Gürcüstan, Tbilisi, 19 may /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin sözlərinə görə, iki ölkə arasında mövcud olan münasibətlərin dərinləşdirilməsi daha yaxşı gələcəyə zəmanətdir. Bu barədə o, bu gün Suxumi Dövlət Universitetində rektor Coni Apakidze, professor-müəllim heyəti və tələbələrlə görüş zamanı bildirib.

"Bizim qarşımızda duran əsas məsələ iki ölkə arasında çoxdan mövcud olan münasibətləri qoruyub saxlamaq və dərinləşdirməkdir, çünki möhkəm dostluq əlaqələri daha yaxşı gələcəyə zəmanətdir", - Əliyev deyib.

Bununla yanaşı, səfir Gürcüstan gənclərinin əksəriyyətinin Bakıda olmaması ilə bağlı təəssüfləndiyini bildirib. Suxumi Dövlət Universitetinin tələbələrinə onları Azərbaycan mədəniyyəti ilə tanış etmək məqsədilə yeddidəqiqəlik film göstərilib.

Əliyev universitetə YUNESKO layihəsi çərçivəsində səfər edib. YUNESKO bu ili mədəniyyətlərin yaxınlaşması ili elan edib. Suxumi Dövlət Universiteti isə Gürcüstanın yeganə ali təhsil ocağıdır ki, bu layihədə iştirak edir.

Xəbər lenti

Xəbər lenti