...

ATƏT-in Bakı ofisinin rəhbəri Parlament seçkilərini Prezident Administrasiyasında müzakirə edib

Siyasət Materials 20 May 2010 14:51 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cahkorel Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə, qarşıdan gələn Parlament seçkiləri əsas müzakirə mövzusu olub
ATƏT-in Bakı ofisinin rəhbəri Parlament seçkilərini Prezident Administrasiyasında müzakirə edib

Azərbaycan, Bakı, 20 may /Trend, A.Hüseynbala/

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşüb.

"ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cahkorelin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə qarşıdan gələn Parlament seçkiləri əsas müzakirə mövzusu olub", - cümə axşamı Trend-ə ATƏT-in Bakı ofisindən bildirilib.

ATƏT-in Bakı ofisinin də fəaliyyəti ilə bağlı müzakirə aparılan görüşdə Prezident Administrasiyasının şöbə müdirləri Novruz Məmmədov, Şahin Əliyev Əli Həsənov iştirak ediblər.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti