...

Gürcüstana Avropa Şurasının müşahidəçi missiyası gələcək

Siyasət Materials 24 May 2010 19:07 (UTC +04:00)
Mayın 30-da yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar Gürcüstana Avropa Şurasının müşahidəçi missiyası gələcək.
Gürcüstana Avropa Şurasının müşahidəçi missiyası gələcək

Gürcüstan, Tbilisi, 24 may /Trend, müxbir N.Kirsxaliya/

Mayın 30-da yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar Gürcüstana Avropa Şurasının müşahidəçi missiyası gələcək. Seçkiləri 25 nəfərdən ibarət olan AŞ-nin Yerli və Regional Hakimiyyətlər konqresi qrupu müşahidə edəcək. Onlar həm seçkiqabağı prosesi, həm də seçkiləri müşahidə edəcək. Bu barədə bazar ertəsi Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze ənənəvi brifinqdə bildirib.

"Müşahidəçi qrupun üzvləri bütün Gürcüstan üzrə yerləşdiriləcək. Prosesin şəffaf keçməsi vacibdir və nəinki Gürcüstan vətəndaşları, eləcə də beynəlxalq təşkilatlar ölkədə keçirilən seçkilər haqqında tam və dolğun informasiyaya malik olmalıdırlar", - Kalandadze deyib

Müşahidəçi qrup Gürcüstana mayın 26-da gələcək və işini mayın 31-də yekunlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti