...

Gürcüstanın Mərkəzi Seçki Komissiyasında azərbaycanlıların məskunlaşdıqları regionlarda yerli seçkilərin keçirilməsi müzakirə edilib

Siyasət Materials 27 May 2010 13:17 (UTC +04:00)
Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları bölgələrində seçki bülletenləri və Azərbaycan dilinə tərcümə olunmuş məlumat kitabçaları paylanacaq. Gürcüstan MSK-dan (Mərkəzi Seçki Komissiyası) Trend-ə verilən məlumata görə, bu barədə MSK-nın rəhbəri Zurab Xarataşvili Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə bildirib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyasında azərbaycanlıların məskunlaşdıqları regionlarda yerli seçkilərin keçirilməsi müzakirə edilib

Gürcüstan,Tbilisi, 27 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları bölgələrində seçki bülletenləri və Azərbaycan dilinə tərcümə olunmuş məlumat kitabçaları paylanacaq. Gürcüstan MSK-dan (Mərkəzi Seçki Komissiyası) Trend-ə verilən məlumata görə, bu barədə MSK-nın rəhbəri Zurab Xarataşvili Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə bildirib.

Tərəflər yerli seçkilərə hazırlıq və Gürcüstan azərbaycanlılarının ana dilində seçki bülletenləri ilə təmin olunması məsələlərini müzakirə ediblər.

"MSK Gürcüstanda yaşayan etnik azlıqların seçki hüququnun təmin edilməsi üçün vacib işlər görüb. Görüşdə biz yeni seçki məcəlləsinin də Azərbaycan dilinə tərcümə olunması haqqında danışıqlar apardıq", - Əliyev bəyan edib.

Ötən həftə Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dərc edilməsinə başlayıb. Komissiyadan verilən məlumatlara görə, 8 milyondan çox bülleten çıxarılacaq, onlardan 200 mini etnik azlıqlar üçün dərc olunacaq, gürcü dilindən başqa, erməni, yaxud da Azərbaycan dilinə tərcümə olunacaq.

Yerli idarəetmə orqanlarına, Tbilisi Şəhər İcra Hakimiyyətinə və Parlamentə seçkilər mayın 30-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti