...

Gürcüstan Dağlıq Qarabağdakı "parlament seçkiləri"ni tanımır - XİN

Siyasət Materials 27 May 2010 16:15 (UTC +04:00)
Gürcüstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Gürcüstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımır.
Gürcüstan Dağlıq Qarabağdakı "parlament seçkiləri"ni tanımır - XİN

Gürcüstan, Tbilisi, 27 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımır. Bu barədə Gürcüstan XİN-in bu gün yaydığı bəyanatında deyilir.

"Gürcüstan XİN suverenlik və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir və 2010-cu il mayın 23-də Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımır", - bəyanatda bildirilir.

"Biz əminik ki, regiondakı cari sülh danışıqlarının alternativi yoxdur və nə qədər ki, münaqişənin nizamlanması üçün zəruri olan yekun qərar razılaşdırılmayıb, proses beynəlxalq subyektlərin iştirakı ilə davam etdirilməlidir", - Gürcüstan XİN-in bəyanatında deyilir.

Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" mayın 23-də keçirilib.

Xəbər lenti

Xəbər lenti