...

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir

Siyasət Materials 2 İyun 2010 23:08 (UTC +04:00)
İyunun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib, məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir

İyunun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib, məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb. 

Azərbaycanın və Belarusun dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Belarus Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Aleksandr Lukaşenko və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

Xəbər lenti

Xəbər lenti