...

Azərbaycanlı qaçqın və məcburi köçkünlər Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini daha da artıracağını gözləyirlər - millət vəkili Qənirə Paşayeva (FOTO)

Siyasət Materials 3 İyun 2010 17:52 (UTC +04:00)
Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumu çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.
Azərbaycanlı qaçqın və məcburi köçkünlər Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini daha da artıracağını gözləyirlər - millət vəkili Qənirə Paşayeva (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumu çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Macarıstanın Baş naziri Qordon Bajnai nümayəndə heyəti ilə görüş zamanı ölkəsinin Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının önəmini vurğulayıb.

Avropa Parlamentinin vitse-prezidenti Rodi Kratsia ilə görüşdə isə Dağlıq Qarabağ münaqişəsi, Avropa Parlamentinin bir neçə gün əvvəl bu istiqamətdə qəbul etdiyi qərar ətrafında müzakirələr aparılıb. Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına, öz evlərinə dönmələri istiqamətində təşkilatın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini daha da artıracağını gözləyirlər.

Azərbaycan nümayəndə heyətinin ABŞ-dan olan konqresmen Brayn Braid və Linkoln Davis ilə görüşü zamanı da Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Qənirə Paşayeva ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi istiqamətində Birləşmiş Ştatların Ermənistana təzyiqlər göstərməsinin vacibliyini vurğulayıb və onlardan ədalətin dəstəklənməsi istiqamətində səylərini artırmalarını xahiş edib. Onlara Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə daha geniş məlumatlar verilib və materiallar təqdim edilib.

Cənubi Afrika Respublikasının sosial inkişaf naziri İh Meyer, Somalinin naziri Abdi Raşhid Mohamed Abdi ilə görüş zamanı onlara Azərbaycanla bağlı və Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktları ilə bağlı ətraflı məlümatlar verilib və beynəlxalq təşkilatlar çərçivəsində ədalətin dəstəklənməsi istiqamətində Cənubi Afrika Respublikasının və Somalinin də səylərini artırmasının vacibliyi vurğulanıb.

Kanada Parlamentinin deputatı Pol Devar, Suriya Parlamentinin üzvü Vaha Edin Hasan, Cənubi Koreya parlamentinin üzvü Sonq Min-Soon ilə görüş zamanı da Azərbaycan nümayəndə heyəti onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib. Nümayəndə heyəti forum çərçivəsində YUNESKO-nun xoşməramlı səfiri xanım İvonne A-Baki, Türkiyə, İtaliya, Mərakeş, Oman, Misir, Qətər, İordaniya da daxil olmaqla, bir neçə ölkədən forumda iştirak edən nümayəndələr, müxtəlif beynəlxalq təşkilatların və media qrumlarının rəsmiləri ilə də görüşlər keçiriblər.

Xəbər lenti

Xəbər lenti