...

Belarus Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 3 İyun 2010 21:37 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Fəxri xiyabana gəlmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 3-də Fəxri xiyabana gəlmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Belarus dövlətinin başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andı, ulu öndərin məzarı önünə əklil qoydu.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etdi, məzarı üzərinə gül dəstəsi düzdü.

Xəbər lenti

Xəbər lenti