...

Gürcüstan Prezidenti iyunun 8-də Nikolya Sarkozi ilə görüşəcək

Siyasət Materials 7 İyun 2010 11:18 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili iyunun 7-dən 9-dək Fransada səfərdədir. O, iyunun 8-də fransalı həmkarı Nikolya Sarkozi ilə görüşəcək, - bu barədə Trendi-ə Gürcüstan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Gürcüstan Prezidenti iyunun 8-də Nikolya Sarkozi ilə görüşəcək

Gürcüstan, Tbilisi, 7 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili iyunun 7-dən 9-dək Fransada səfərdədir. O, iyunun 8-də fransalı həmkarı Nikolya Sarkozi ilə görüşəcək, - bu barədə Trend-ə Gürcüstan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Fransa ilə Gürcüstan arasında ikitərəfli münasibətləri dərinləşdirmək, eləcə də iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçməkdir.

Gürcüstan Prezidenti üçgünlük səfər çərçivəsində Fransanın Baş naziri Fransua Fiyon və xarici işlər naziri Bernar Kuşnerlə görüşəcək.

İyunun 8-də Paris Siyasi Təlimlər İnstitutunda Mixail Saakaşvilinin çıxışı planlaşdırılıb. Bu tədbirdə iştirak etmək arzusunda olanların sayı 500 nəfəri keçir.

Gürcüstan Prezidenti, həmçinin, Parisdə Gürcüstan Mədəniyyət günləri çərçivəsində tədbirlərin bağlanışında iştirak edəcək.

Saakaşvili artıq Parisə gəlib və dünən Fransa hökumətinin dəvəti ilə tennis üzrə "Rolab Qallos" turnirinin final matçında iştirak edib. Matçdan sonra Gürcüstan Prezidenti və birinci xanım Sandra Rulovs, həmçinin, matçda iştirak edən İspaniya kraliçası Sofiya ilə də görüşüb. Oyunda ispan Rafael Nadal qalib gəlib.

Xəbər lenti

Xəbər lenti