...

Azərbaycan və İordaniyanın daxili işlər orqanları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 10 İyun 2010 13:11 (UTC +04:00)
Azərbaycanın İordaniyadakı Səfirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iyunun 6-dan 9-na qədər Daxili İşlər Nazirliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olub.
Azərbaycan və İordaniyanın daxili işlər orqanları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanİordaniyanın daxili işlər orqanları arasındakı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycanın İordaniyadakı Səfirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iyunun 6-dan 9-na qədər Daxili İşlər Nazirliyinin nümayəndə heyəti bu ölkədə səfərdə olub.

Nümayəndə heyətinə Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev rəhbərlik edib. Səfər Azərbaycan - İordaniya Hökumətlərarası Müştərək Komissiyanın ilk iclasının yekun protokolunun müddəalarına əsasən həyata keçirilib.

Səfərin məqsədi İordaniyanın daxili işlər sistemi və polis orqanlarının fəaliyyəti ilə tanışlıq, habelə əməkdaşlıq baxımından qarşılıqlı maraq doğuran sahələrin müəyyən edilməsi olub.

Səfər çərçivəsində Nağıyev İordaniya Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Departamentinin rəhbərliyi ilə görüş keçirib, əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.

Nümayəndə heyətinin rəhbəri və üzvləri İordaniya Daxili İşlər Nazirliyi sistemi, eyni zamanda, polis orqanlarının fəaliyyəti, vəzifə və funksiyaları ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti