...

İlham Əliyev Avropa Parlamenti Xarici əlaqələr komitəsi sədrinin müavinini qəbul edib

Siyasət Materials 10 İyun 2010 15:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Avropa Parlamenti Xarici əlaqələr komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib, - AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
İlham Əliyev Avropa Parlamenti Xarici əlaqələr komitəsi sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Avropa Parlamenti Xarici əlaqələr komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib, - AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini vurğulayıb.

Avropa Parlamenti Xarici əlaqələr komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və Parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirib. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti