...

Milli Qurtuluş Günü ərəfəsində Azərbaycanın Gürcüstandakı Səfirliyi bir neçə tədbir keçirib

Siyasət Materials 14 İyun 2010 13:34 (UTC +04:00)
15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Azərbaycanın Gürcüstandakı Səfirliyi bir neçə tədbir keçirib.
Milli Qurtuluş Günü ərəfəsində Azərbaycanın Gürcüstandakı Səfirliyi bir neçə tədbir keçirib

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, N.Kirsxaliya/

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Azərbaycanın Gürcüstandakı Səfirliyi bir neçə tədbir keçirib.

1993-cü il iyunun 15-də Azərbaycanın Ümummilli lideri və gürcü xalqının böyük dostu Heydər Əliyev  xalqın xahişi və tələbi ilə Bakıya qayıtdı. O, dövlətə rəhbərlik etməyə başlayanda ölkədə vəziyyət kritik idi. Bununla yanaşı, vətəndaş müharibəsi təhlükəsi də var idi. Digər ölkələrin marağında olan Ermənistanın davam etdirdiyi təcavüz isə regiondakı vəziyyəti daha da gərginləşdirirdı. Bu barədə səfirliyin yaydığı press-relizdə deyilir.

Demək olar ki, bir neçə ay ərzində ölkədə sabitlik və qayda-qanun bərpa edildi. Cəbhə xəttində isə liderin qayıtmasından ruhlanan Azərbaycan Ordusu ardıcıl müvəffəqiyyətli əməliyyat keçirdi və düşməni xeyli geri çəkilməyə məcbur etdi. Təxminən, bir ildən sonra isə Qafqazda gələcək sabitliyin təməlini qoyan Azərbaycan neftinin ixracı üzrə "Əsrin müqaviləsi" imzalandı.

2010-cu il iyunun 12-də Tbilisidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıdığı bağda onun heykəlinə çələng və gül qoyulub. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri və səfirlik əməkdaşları ilə yanaşı, Tbilisi, Rustavi, Qardabani və Marneulinin azərbaycanlı ictimaiyyətinin, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin, Tbilisi azərbaycanlıları "Varlıq" Mədəniyyət Mərkəzinin və Azərbaycanlı Tələbələrin İctimai Təşkilatlar Birliyinin nümayəndələri də iştirak ediblər.

Mərasimdən sonra "Heydər Əliyev və Qafqazda sabitlik" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri professor Namiq Əliyev, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin baş direktor müavini Arif Əliyev, əməkdar jurnalist Emin Mahmudov, APA informasiya agentliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri Nizami Məmmədzadə, AzərTAc İnformasiya Agentliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri İslam Əliyev, şair Şövkət Dağlar, Tbilisi azərbaycanlıları "Varlıq" Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Qummat, "Təhsil" qəzetinin baş redaktoru Abay Paşayev çıxış ediblər. Çıxışlardan sonra ictimaiyyət və tələbələrin iştirakı ilə maraqlı müzakirələr keçirilib.

Xəbər lenti

Xəbər lenti