...

Bakıda "Eyni ev, fərqli otaqlar" adlı beynəlxalq təlim keçirilir

Siyasət Materials 14 İyun 2010 13:50 (UTC +04:00)
"İrəli" İctimai Birliyi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində Türkiyə Milli Agentliyi və "Qazientep" Gənclər və Kültür Dərnəyi ilə birlikdə "Eyni ev, fərqli otaqlar" adlı beynəlxalq təlim kursu keçirir.
Bakıda "Eyni ev, fərqli otaqlar" adlı beynəlxalq təlim keçirilir

Azərbaycan, Bakı, 14 iyun /Trend, T.Hacıyev/

"İrəli" İctimai Birliyi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində Türkiyə Milli Agentliyi və "Qazientep" Gənclər və Kültür Dərnəyi ilə birlikdə "Eyni ev, fərqli otaqlar" adlı beynəlxalq təlim kursu keçirir. Layihə iyunun 13-dən başlayaraq, 20-dək Bakıda davam edəcək. Bu barədə "İrəli" İctimai Birliyinin məlumatında deyilir. Tədbirdə Avropanın 7 ölkəsindən 30-a yaxın nümayəndə var. İştirakçılar, əsasən, İtaliya, Fransa, Polşa, Türkiyə, Gürcüstan, Litva, Rumıniya ölkələrini təmsil edirlər.

Tədbirin açılış mərasimi iyunun 14-də "İrəli" İctimai Birliyinin mərkəzi qərargahında baş tutub.

Xəbər lenti

Xəbər lenti