...

Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib – parlamentin spikeri (FOTO)

Siyasət Materials 14 İyun 2010 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend, T.Hacıyev/

Parlament sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi Səudiyyə Ərəbistanı Parlament nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Bu barədə Trend-in müxbiri Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verib.

"Biz beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri bütün qətnamələri dəstəkləyirik. Bizim Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyimiz çoxdan məlumdur", - spiker aeroportda jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu səfər iki ölkə parlamenti arasında əlaqələrin gələcək inkişafına müsbət təsir edəcək.

İyunun 18-dək davam edəcək səfər Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan rəhbərləri ilə görüşləri gözlənilir. Səfərin məqsədi - Azərbaycan və Səudiyyə Ərəbistanı arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsidir.

Xəbər lenti

Xəbər lenti