...

Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoquna təbrik məktubu ünvanlayıb

Siyasət Materials 22 İyun 2010 18:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoquna təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrikdə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti