...

Avqust ayında ATƏT-in Bakı Ofisi Azərbaycanda parlament seçkilərinə dair hazırlıq tədbirləri həyata keçirəcək

Siyasət Materials 23 İyun 2010 02:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend, müxb. M.Əliyev/

Avqust ayında ATƏT-in Bakı Ofisi Azərbaycanda keçiriləcək parlament seçkilərinə dair hazırlıq tədbirləri həyata keçirəcək. Bu barədə məlumatı Trend-ə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Birge Cankorel verib.

Azərbaycanda parlament seçkiləri payızda baş tutacaq. Quruma son seçkilər 2005-ci ilin noyabr ayında olub. 

"Avqust ayında ATƏT-in Bakı Ofisi siyasi partiyalarla birgə "Seçkilərdə media azadlığı" adlı konfrans keçirəcək", - Cankorel deyib.

Onun sözlərinə görə Ofisin təşəbbüsüylə sentyabr-oktyabr aylarında parlament seçkilərinə həsr olunmuş televiziya verlışlərı yayımlanacaq.

Azərbaycanda parlament seçkiləri majoritar sistemlə 125 seçki dairəsində keçirilir.

"Bundan başqa, noyabr ayına qədər Azərbaycan rayonlarının icra başçıları və seçki məntəqələrinin sədrləriylə görüşlər planlaşdırılıb", -  ATƏT-in Bakı Ofisinin rəhbəri deyib.

Cankorel bildirib ki, tədbirlər planına müşahidəçilərin maariflənməsinə dair proqramlar və onların biliklərinin artirılması üçün seminarlar nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti