...

Azərbaycanda uzun müddət ABŞ səfirinin olmaması ilə bağlı azərbaycanlı politoloqların fikirləri fərqlidir

Siyasət Materials 24 İyun 2010 15:44 (UTC +04:00)
Azərbaycanda uzun müddət ABŞ səfirinin olmaması ilə bağlı azərbaycanlı politoloqların fikirləri haçalanıb.
Azərbaycanda uzun müddət ABŞ səfirinin olmaması ilə bağlı azərbaycanlı politoloqların fikirləri fərqlidir

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uzun müddət ABŞ səfirinin olmaması ilə bağlı azərbaycanlı politoloqların fikirləri haçalanıb.

"Diplomatiya təcrübəsində bir ölkənin digər ölkədə səfirinin olmaması mənfi faktdır. Lakin mən hesab etmirəm ki, bu, Azərbaycanla ABŞ arasında münasibətləri gərginləşdirir", - müstəqil azərbaycanlı politoloq Fikrət Sadıqov cümə axşamı Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş "dəyirmi masa" formatında keçirilən iclasda bildirib.

Bu məsələ ilə bağlı politoloq Rasim Ağayev bir qədər başqa fikirdədir. "ABŞ-ın mövqeyi Azərbaycana təzyiq göstərməkdir", - Ağayev deyib. O hesab edir ki, Birləşmiş Ştatlar regionda şəxsi maraqlarını güdür və buna nail olmaq üçün eləcə də Ermənistana və Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edirlər.

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın siyasətində də ABŞ amili mühüm rol oynayır. "Azərbaycan və ABŞ-ın mövqeyi bir çox mühüm məsələlərdə üst-üstə düşür, məsələn, neft siyasətinin müəyyən edilməsində və Dağlıq Qarabağ münaqişəsi məsələsində", - diplomat bildirib. Lakin Azərbaycan başqa dövlətlərin siyasətindən asılı olmayaraaq öz prioritetlərini müəyyən etdiməyi davam etdirməlidir.

Politoloqlar ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın Azərbaycanda yeni səfir postuna təyinatını yalnız regiona bələd olmaq baxımından müsbət amil kimi dəyərləndirirlər. "Brayza həmsədrliyi dövründə olduğu kimi, Vaşinqtonun siyasi qərarlarının icraçısı olacaq, ondan təşəbbüskarlıq gözləməyə dəyməz", - Sadıqov belə hesab edir.

Xəbər lenti

Xəbər lenti