...

Azərbaycan Prezidenti Lənkəranda əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak edib

Siyasət Materials 25 İyun 2010 15:18 (UTC +04:00)
İyunun 25-də Prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Liman şəhəri ərazisində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Lənkəranda əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak edib

İyunun 25-də Prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Liman şəhəri ərazisində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Mərkəzin kollektivi, idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Ümumi sahəsi 3 hektar olan mərkəzdə yaradılmış şəraitlə yaxından tanışlıq zamanı məlumat verildi ki, 1986-cı ildə istifadəyə verilmiş Sağlamlıq Kompleksində idmanın 6 növü - boks, ağır atletika, karate, cüdo, güləş və sambo tədris olunmuşdur. Ötən müddətdə burada beynəlxalq arenalarda yüksək nəticələr əldə edən idmançılar nəsli yetişmişdir. Lakin son illər istifadəyə yararsız hala düşən idman kompleksi 2008-ci ildən başlayaraq yenidən bərpa olunmuşdur. Burada idmançıların fiziki, taktiki və texniki hazırlıqları üçün hər cür şərait yaradılmış, lazımi avadanlıq quraşdırılmışdır. Eyni vaxtda 60 idmançının məşq edə biləcəyi mərkəzdə 2 boks rinqi, məşqçi müəllimlər, soyunub-geyinmə otaqları, duşxana, trenajor zalı vardır.

Qeyd olundu ki, uşaq, gənc və yeniyetmələrlə yanaşı, boks üzrə yığma komandamız da burada təlim-məşq toplanışı keçirəcəkdir. Eyni zamanda, bu mərkəzin xidmətindən cənub bölgəsindəki rayonların idmançıları da yararlana biləcəklər. Bu ilin aprelində Beynəlxalq Boks Assosiasiyasının üzvləri mərkəzlə tanış olmuş, burda yaradılan şəraiti yüksək qiymətləndirmişlər.

Kompleksdə Ümummilli lider Heydər Əliyevin idmana qayğısını əks etdirən guşə yaradılmışdır.

Mərkəzin ərazisində basketbol, qaçış və mini-futbol meydançaları da vardır. Ətrafda 100 kvadratmetr ərazidə yaşıllıq salınmış, dekorativ ağac və kollar əkilmişdir.

Prezident İlham Əliyev boks rinqlərində, basketbol və futbol meydançalarında gənc idmançıların məşq prosesini izlədi.

Xəbər lenti

Xəbər lenti