Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycan Parlamentinin deputatı, İslam Konfransı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva iyunun 29-da Suriyanın Dəməşq şəhərinə səfərə yola düşəcək. Bu barədə şənbə günü Trend-ə Milli Məclisdən məlumat verilib.
Deputatımız İKT PA-nın Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş konfransında iştirak edəcək. Tədbirin yekununda Dəməşq bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Səfər iyulun 1-də başa çatacaq.